Ən son xəbərlər:

14.02.2023/08:52/ Alphonso Davies yanvar ayında hiss etdiyi ürək problemlərindən danışıb

Kanada millisinin və “Bavariya”nın müdafiəçisi Alfonso Devis səhhətindəki problemlərdən danışıb.

xeberaz.info-nun məlumatına görə Devisə miokardit diaqnozu qoyulanda ən xoşagəlməz şey diaqnozun özü deyil, qeyri-müəyyənlik olduğunu – nə vaxt sağalacağını bilmədiyini bildirib. Sağalmaq üçün altı aydan bir ilə qədər vaxt lazım olduğu çox qorxulu idi”, – UEFA-nın mətbuat xidməti Davisin sözlərindən sitat gətirib.

Bundan öncə  22 yaşlı kanadalı futbolçu ilə “Real Madrid”in maraqlandığı haqda xəbərlər yayılmışdı. “Bild”in məlumatına görə, “Bavariya” Devisi satmaq fikrində deyil. Digər əsas gənc futbolçularda olduğu kimi, alman klubunun da məqsədi müdafiəçini itirmək riskindən qaçmaq üçün onunla müqaviləni 2025-ci ildən sonra da uzatmaqdır. Devisin “Bavariya” ilə hazırkı müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.