Ən son xəbərlər:

10.02.2023/12:12/ Avstriyalı keçmiş futbolçu Kahraman Vyanada güllələnib

Avstriyalı keçmiş futbolçu Kahraman Vyanada güllələnib.

xeberaz.info-nun məlumatına görə Avstriya milli futbol komandasının keçmiş yarımmüdafiəçisi Volkan Kahraman Vyanada küçədə güllələnib. Bu barədə İngiltərənin “The Mirror” nəşri yazır.

İdmançı mübahisə zamanı keçmiş iş ortağı tərəfindən öldürülüb, bundan sonra qatil olduğu iddia edilən şəxs təcili hadisə yerində özünü güllələyib.

43 yaşlı sabiq yarımmüdafiəçinin keçmiş klubu “Avstriya” onun ölümünü təsdiqləyib.

Kahraman Avstriya millisində 3 oyun keçirib.