Ən son xəbərlər:

03.02.2023./14:35/ Polşa 2024-cü il Olimpiadasını boykot etməyə çağırış edə bilər

Polşa 2024-cü il Olimpiadasında ruslar və belaruslar iştirak edərsə, onu boykot etməyə çağıracaq.

xeberaz.info-nun məlumatına görə Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski hesab edir ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya və Belarus idmançılarının yarışlarda iştirakına icazə verərsə, 2024-cü il Olimpiya Oyunları boykot edilməlidir. Belə bir bəyanatla o, cümə günü Er-em-ef (RMF) radiostansiyasında çıxış edib.

Yablonski bildirb ki, əgər Rusiya və Belarus idmançıları 2024-cü il Oyunlarına buraxılarsa, biz bu oyunları sadəcə olaraq boykot etməliyik. Belə oyunlarda onların iştirakı olmamalıdır. Bu, BOK-a göstərməli olduğumuz təzyiqdir. Bu, mənim fikrimdir, idman birlikləri hökumətdən müstəqil olduqları üçün öz qərarlarını verəcəklər. Ancaq hamını belə bir qərar verməyə çağıracağam.