Ən son xəbərlər:

01.02.2023/08:47/ BOK Olimpiadada Rusiya və Belarusun dövlət rəmzlərinin nümayişinə icazə verməyi nəzərdən keçirməyəcək

BOK Olimpiadada Rusiya və Belarusun dövlət rəmzlərinin nümayişinə icazə verməyi nəzərdən keçirməyəcək.

xeberaz.info-nun məlumatına görə  Beynəlxalq Olimpiya Komitəsi (BOK) rusiyalı idmançıların ölkənin bayrağı və himnindən istifadə edərək yarışlara buraxılması variantını nəzərdən keçirməyəcək. Bu barədə TASS-a çərşənbə axşamı təşkilatın mətbuat xidmətindən məlumat verilib.

Rusiya və Belarus dövlətlərinə və hökumətlərinə qarşı sanksiyalar müzakirə olunmamalıdır. Onlar 2022-ci il dekabrın 9-da keçirilən son Olimpiya sammitində yekdilliklə təsdiqlənib. Bu ölkələrin heç bir bayraqları, himnləri, rəngləri və ya digər tanıma işarələri heç bir idman tədbirində və ya görüşdə, o cümlədən onların keçiriləcəyi yerlərdə nümayiş etdirilməyəcək.