Dünyanın ən çox mükafat alan futbolçusu Dani Alveş təcavüz iddiasına görə həbs edilib.
xeberaz.info-nun məlumatına görə Dünyanın ən titullu futbolçusu, “Barselona”nın və Braziliya millisinin sabiq müdafiəçisi, 39 yaşlı futbolçu Dani Alves barəsində həbs-qətimkan tədbiri seçiləcək Barselona məhkəməsinə aparılıb.
Məhkəmə Dani Alveşin diskotekada baş verən hadisə ilə bağlı iş açıb.
Adı açıqlanmayan qadın ötən il dekabrın 30-da gecə klubunda Alvesi onun razılığı olmadan əlini alt paltarının altına qoymaqda ittiham edib. Qadının dediyinə görə, o, hadisə barədə təhlükəsizlik işçilərinə məlumat verib, lakin Alves həmin vaxta qədər artıq diskotekanı tərk edib. Qadın yanvarın 2-də təzyiqə məruz qaldığı barədə ərizə verib.
Hazırda Meksikanın “Pumas” klubunda çıxış edən Alveş ittihamları rədd edir.
Alves dünyanın ən titullu futbolçusu hesab olunur – o, milli komanda və klub səviyyəsində karyerasında 43 kubok qazanıb.