Ən son xəbərlər:

18.10.2022/21:35/Azərbaycan və Türkiyə HDQ xüsusi təyinatlılarının iştirak etdiyi birgə təlim başa çatıb – video

Türkiyə Respublikasının Marmaris şəhərinin Aksaz dəniz bazasında keçirilən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz xüsusi taborlarının sualtı hücum (SAH) və sualtı müdafiə (SAM) bölmələri ilə Türkiyə HDQ xüsusi təyinatlı bölmələrinin birgə təlimi başa çatıb- bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimdə hər iki qardaş ölkənin xüsusi təyinatlı bölmələri quru və dəniz taktikalarının işlənməsi, partlamamış döyüş sursatlarının və dəniz minalarının axtarışı, eləcə də məhv edilməsi üzrə tapşırıqları icra ediblər.
Birgə təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.