Gəncənin “Kəpəz” futbol klubu fransalı hücumçu ilə gücləndiriləcək.
Azərbaycanın “Kəpəz” futbol klubu fransalı hücumçu Salif Sissenin transferi ilə bağlı anlaşıb. Bu barədə yerli KİV-lər bildirib.
Hazırda Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan forvardın tezliklə komandaya qoşulacağı gözlənilir. Koçanda təlim-məşq toplanışından geri qayıdandan sonra tərəflər arasında müqavilə imzalanacaq.
Sisse əvvəllər Latviyanın “Hegelman” klubunun şərəfini qoruyub.