Ən son xəbərlər:
????????????????????????????????????

08.01.2023/16:26/ Naftalana gələn turistlərin sayı artır

Yeni ilin ilk günlərində Naftalana gələn turistlərin sayı artıb.

Mənbə: Naftalan şəhər İcra Hakimiyyəti.

Naftalanda yaradılan müasir turizm infrastrukturu şəhərə gələn turistlərin sayının sürətlə artmasına səbəb olub.

Yeni, 2023-cü ilin ilk günərində də Naftalana gələn istər yerli və istərsə də xarici turistlərin sayında da artım müşahidə olunub. Şəhərə gələn qonaqların istirahətinin mənalı və yaddaqalan olması üçün otellərdə tanınmış musiqiçilərin iştirakı ilə konsertlər, müxtəlif tədbirlər və xüsusi hazırlanmış əyləncəli şou proqramlar təşkil olunub.

Şəhərə təşrif gətirən turistlərin istirahətini daha mənalı etmək üçün turizm obyektləri tərəfindən Naftalana yaxın şəhər və rayonların mənzərəli yerlərinə ekskursiyalar təşkil edilib.

Onu da qeyd edək ki, Yeni ilin ilk günlərində Naftalanda yerləşən müasir otel və istirahət mərkəzlərində ümumilikdə, 3000-ə yaxın turist qeydə alınıb.