Ən son xəbərlər:

08.01.2023/15:59/ Göygöl rayonunda suvarma suyuna olan tələbat yaxşılaşdırılır

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Göygöl Suvarma Sistemləri İdarəsindən bildirilir ki, rayonda su itkisinin qarşısının alınması işləri xüsusi diqqət mərkəzində saxlanılır.

Mənbə: Göygöl Suvarma Sistemləri İdarəsi

Göygöl rayonunda əhalinin suvarma suyuna olan tələbat günbəgündən yaxşılaşdırılır.

Əkin sahələrinin suvarılmasına olan təlabatın vaxtında ödənilməsi məqsədilə Göygöl Suvarma Sistemləri İdarəsi tərəfindən rayon ərazisində olan Xaqani və Quşqara kəndlərində yerləşən, məhsuldarlığını tam itirmiş iki ədəd subartezian quyusu yenidən qazılaraq bərpa olunmuş və sakinlərin istifadəsinə verilmişdir.

Eləcə də su itkisinin qarşısının alınması məqsədi ilə “Xan arxı” kanalı lil və tullantılardan təmizlənmiş, onun 2 km hissəsi beton üzlüyə alınmışdır.

Bu istiqamətdə işlər davam etdirilir.