Ən son xəbərlər:

08.01.2023/05:32/ Qarabağ iqtisadi rayonunu ziyarət edənlərin sayı durmadan artır

2022-ci ildə Azərbaycanın Qarabağ iqtisadi rayonunu ziyarət edənlərin sayı təxminən 8 min nəfər olub.

2022-ci ildə Qarabağ iqtisadi rayonuna 7 min 851 vətəndaş səfər edib. AR prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə xüsusi nümayəndəsi Emin Hüseynov sosial şəbəkədəki səhifəsində bu barədə yazıb.

Emin Hüseynovun sözlərinə görə, xüsusi nümayəndəlik 3 min 751 nəfərin səfərlərini təşkil edib. Onlardan 3 min 54 nəfəri Ağdamda, 501 nəfəri Tərtərdə, 122 nəfəri Xocavənddə, 74 nəfəri isə Fizulidə olmuşlar.