Ən son xəbərlər:

07.01.2023/10:00/ Goranboy rayonunda baramaçılığın və ipəkçiliyin inkişafına dair Dövlət Proqramının yerinə yetirilməsi istiqamətində müvafiq tədbirlər görülür

Goranboy rayonunda 30 min ədəd yeni tut tingləri əkildi.

Mənbə: Goranboy Rayon İcra Hakimiyyəti

Goranboy rayonunda,  Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illəri əhatə edən Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Rayonda baramaçılığın inkişafını təmin etmək məqsədi ilə yem bazasının genişləndirilməsi işləri həyata keçirilir. Bu məqsədlə, rayonun Tap Qaraqoyunlu kəndi ərazisində   30 min ədəd yeni  tut tingləri  əkildi.