Şəmkir rayonunda su itkisinin qarşısının alınması üçün çay məcralarının tənzimlənməsi işləri diqqət mərkəzində saxlanılır.
Mənbə: Şəmkir Suvarma Sistemləri İdarəsi
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Şəmkir Suvarma Sistemləri İdarəsindən bildirilir ki, su itkisinin qarşısının alınması üçün çay məcralarının tənzimlənməsi işləri xüsusi diqqət mərkəzində saxlanılır.
İdarənin balansında 12 ədəd I dərəcəli baş kanallar, 6 ədəd təsərrüfatlar arası II dərəcəli kanallar, 109 ədəd təsərrüfatlar daxili kanallar var. Kanalların ümumi uzunluğu 890,7 kilometrdir. Onlardan baş kanallar 202,5 kilometr, təsərrüfatlararası kanallar 50,4 kilometr, daxili təsərrüfat kanallar 637,8 kilometrdir. Kollektor-drenaj kanallar isə 34,3 kilometrdir
İdarənin balansında olan 925 kilometr kanallar və təsərrüfat daxili arxlar mütəmadi olaraq texnikalar vasitəsi ilə təmizlənir.
2022-ci təərrüfat ilində “Zəhmət”, “Səməd Vurğun”, “Ağlavaşlı-1” və “Ağlavaşlı-2” nasos stansiyaları təmir edilmiş, sahələrin suvarılması üçün ideal vəziyyətə gətirilmiş, 229 min kubmetr çay məcrası və suyun axını tənzimlənmişdir.
Rayon ərazisində əkin sahələrinin suvarılması və içməli suya olan təlabatın ödənilməsi məqsədilə 201 ədəd subartezian quyusu təmir edilmiş, 42 ədəd yeni nasos quraşdırılmış, 310 ədədi isə cari təmir edilmişdir.
İdarədən bildirmişlər ki, suvarmada problemlərin yaranmaması istiqamətində də lazımi işlər aparılır. Belə ki, maşın-mexanizmlərlə umümi olaraq 250 km-dan çox kanal lildən və kol-kosdan təmizlənib. Kanalların üzərindəki nasos stansiyaları əsaslı təmir olunub. İdarəsinin balansında olan 34,3 kilometr kollektor drenaj 1500 hektar ərazinin suvarılmasına xidmət edir.