Ən son xəbərlər:

02.01.2023/19:17/ Fransa tərəfindən irəli sürülən BMT Təhlükəsizlik Şurasının ermənipərəst bəyanatı Azərbaycanın xeyrinə çevrildi

Dekabrın 30-da axşam saatlarında erməni mediası öz mənbələrinə istinadən BMT Təhlükəsizlik Şurası sədrinin (Təhlükəsizlik Şurasının növbədənkənar iclasından sonra) Laçın yolundakı vəziyyət ilə bağlı bəyanatının qəbul edilməsinin Rusiyanın mövqeyinə görə uğursuz olduğu barədə xəbərlər yayıb.

Bu bədnam bəyanatın ətrafında nizələr diplomatlar tərəfindən Yeni il öncəsi onillikdə qırıldı. Dekabrın 20-də Fransa və Ermənistan Təhlükəsizlik Şurasının Laçın yolundakı vəziyyət ilə bağlı iclasını çağırıb, hətta ötən sentyabr hadisələrindən sonra Irəvanın xahişi ilə Fransa Təhlükəsizlik Şurasının gündəliyinə «Ermənistanın BMT-dəki daimi nümayəndəsinin məktubu» nu çıxarıb. Yeni il üçün Parisdə Təhlükəsizlik Şurasında Laçın yolundakı vəziyyətin «humanitar fəlakət» kimi təqdim olunduğu bəyanatın mətni hazırlanıb.

Erməni mənbələri iddia edirlər ki, sənədin razılaşdırılması çox çətin keçib, xüsusilə Albaniya və BƏƏ sənədə qarşı çıxıblar, lakin sonda onlar da razılaşıblar.

“Lakin Rusiya Federasiyası faktiki olaraq bəyanatı qəbul edə bilmədi, onların digər üzvlər tərəfindən qəbul edilməyəcəyini yaxşı bilrək, son anda mətndə bir sıra yeni dəyişiklikləri təklif etdi və bu baş verdi”, – erməni diplomatlar belə bildiriblər.

Bunu oxuduqdan sonra Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski çox təəccüblənmişdi:

BMT Təhlükəsizlik Şurasının Laçın dəhlizi ətrafındakı vəziyyətlə bağlı mətbuat üçün bəyanat qəbul etməməsinin səbəbləri barədə Ermənistanın bir sıra teleqram kanalları tərəfindən təbliğ edilən məlumatın tamamilə yalan olduğunu qeyd etməyə bilmərəm. Biz əvvəldən Təhlükəsizlik Şurasının cavabını hazırlamaq kontekstində konstruktiv işləmək əzminində idik. İrəvanın tələbi ilə bu prosesi Təhlükəsizlik Şurasının digər üzvlərinin düzəlişlərini nəzərə alaraq bizim təkliflərimizin böyük əksəriyyətinə məhəl qoymayan fransızlar tərəfindən koordinasiya edilib. Parisin bu cür üsullarının natəmizliyi göz qabağındadır.

Polyanski şəxsi bloqunda baş verənlərin mahiyyətini belə izah edib: “Hazırda vəziyyətin kəskinləşməsindən asılı olmayaraq, həm Bakı, həm də İrəvan tərəfindən dəstəklənən ən yüksək səviyyədə dörd birgə bəyanat normallaşmanın əsası olaraq qalır.Bəyanat üzərində iş zamanı bizim keçmiş Qərb tərəfdaşları bu sənədləri və Rusiya sülhməramlılarının səylərini xatırlatmağa cəsarət tapmadılar.Qərblilər münaqişə vəziyyətinin həllindən daha çox Təhlükəsizlik Şurasının hansısa məhsulunu qəbul etməklə məşğul idilər. Biz qətiyyətlə əminik ki, Şuranın reaksiyası hər hansı bir tərəfə etiket asılmadan kompromis tapmağa və sülh prosesinin bərpasına kömək etməlidir “.

Parisin ideyası əvvəlcə bəyanatın qəbuluna nail olmaq, sonra isə onu Təhlükəsizlik Şurasının qətnaməsinə çevirmək idi. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bunu əslində gizlətməyib. Amma sənəd dəfələrlə yenidən yazılıb: “Dağlıq Qarabağ” ifadəsi bəyanatdan çıxarılıb, çünki belə bir region yoxdur, lakin Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə dair sözlər əlavə edilib. Nəticədə sənəd ermənipərəstlikdən azərbaycanpərəstliyə çevrildi, amma Polyanski haqlıdır: bu, Moskvanın deyil, Bakının mövqeyinə görə baş verdi.

Bakıdan olan diplomatlar Fransanın təklif etdiyi bəyanatın mətninin yalan üzərində qurulduğunu sübuta yetirə bildilər: burada mahiyyət etibarı ilə Ermənistanın deyil, Azərbaycanın guya təcavüzkar olduğu bildirilirdi. Azərbaycan Xarici İşlər Nazirliyi faktiki olaraq hansı ölkənin təcavüzkar siyasət apardığını və davam etdirdiyini göstərən sənədləri təqdim edib. Bundan sonra bəyanatı nəinki Rusiya, hətta Böyük Britaniya da dəstəkləmədi, Birləşmiş Ərəb Əmirlikləri, Albaniya da… Nəticədə Fransa dünya ictimaiyyətinin gözünə təcavüzkar revanşistləri dəstəkləyən bir ölkə kimi çıxdı və öz təklif etdiyi sənədi geri götürdü.

Bu, Bakının mövqeyini gücləndirdi və Ermənistanın revanşist dairələrinin dünyanın aparıcı dövlətlərinin “səbirli xristian xalqını” dəstəkləməsinə ümidlərinin heç bir əsası olmadığını nümayiş etdirdi.