Ən son xəbərlər:

25.12.2022/06:36/ Şuşanın su təchizatı yaxşılaşır

Zarışlı çayının suyu Şuşaya verilməyə başlamışdır, – AzərTAc bu barədə xəbər verir.

Azərbaycanın Şuşa rayonunun Daşaltı kəndi yaxınlığındakı Zarışlı çayı üzərində bənd salınmışdır. Çayın hövzəsində tutumu 25 min kubmetr olan su anbarı tikilmiş və  yüksək təzyiqli nasos stansiyası istifadəyə verilmişdir. Suyun Şuşa şəhərinə çatdırılması üçün  2,6 kilometrlik polad boru xətti çəkilmişdir.

Boru vasitəsilə şəhərə çatdırılan su  anbarlara veriləcək və şəhər əhalisi fasiləsiz içməli su ilə təchiz olunacaq.