Ən son xəbərlər:

19.04.2024/18: 03 / ABŞ-ın köməyi olmasa Ukrayna ilin sonuna qədər müharibəni uduza bilər

ABŞ-ın köməyi olmasa Ukrayna ilin sonuna qədər müharibəni uduza bilər

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns cümə axşamı ABŞ konqresmenlərinə xəbərdarlıq edib ki, onlar Ukraynaya yardımı indi təsdiq etməsələr, Kiyev ilin sonuna qədər müharibəni uduzacaq.Börnsun sözlərini “Politico” sitat gətirir.

George W. Bush Prezident Mərkəzində keçirilən tədbirdə çıxış edən Börns Konqresi Ukraynaya milyardlarla hərbi dəstək verəcək əlavə qanunlar qəbul etməyə çağırıb.

Börnsin sözləri ABŞ administrasiyasının yüksək rütbəli rəsmisinin Ukraynadakı müharibə ilə bağlı bəlkə də ən sərt xəbərdarlığıdır. Bu, Kiyev rəsmilərinin Rusiyanın bu yay hücumunun Ukraynaya Rusiya qoşunlarının böyük axınına səbəb ola biləcəyi barədə xəbərdarlıq etdiyi vaxta təsadüf edir.

Börnssin açıqlamaları Nümayəndələr Palatasının spikeri Mayk Consonun çoxdan gözlənilən xarici yardım paketini təqdim etməsindən bir gün sonra gəlbi.

Prezident Co Bayden Consonun elan etdiyi qanun layihələrini qətiyyətlə dəstəklədiyini bildirib.