Ən son xəbərlər:

19.04.2024/17: 47 / Birjada Brent markalı neftin qiyməti təxminən 4,5% artdı

Birjada Brent markalı neftin qiyməti təxminən 4,5% artdı

Ticarət məlumatlarına görə, Londonun ICE birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti İsraillə İran arasında gərginliyin artması fonunda 4,39% artaraq 90,75 dollar/barelə çatıb.

Birja məlumatlarına əsasən, hazırda Brent markalı neftin qiyməti 4,39% artaraq 90,75 dollar/barel təşkil edib.

Hazırda Brent 89,82 dollara (+3,36%) satılır. Eyni zamanda, WTI markalı xam neftin iyun fyuçersləri 2,9% artaraq bir barel üçün 84,78 dollar olub.