Ən son xəbərlər:

18.04.2024/17: 20 / Aİ liderləri İranı sanksiyalarla cəzalandırmaq barədə razılığa gəliblər

Aİ liderləri İranı sanksiyalarla cəzalandırmaq barədə razılığa gəliblər

Aİ bu ölkənin həftə sonu İsrailə hücumundan sonra İrana qarşı sanksiyaları uzadacaq. Bu barədə ötən gün Aİ sammitinin birinci günündən sonrakı yekunlarda belə deyilir. Aİ liderləri Avropa İttifaqının İrana qarşı, xüsusilə pilotsuz təyyarələr və raketlərlə bağlı əlavə məhdudlaşdırıcı tədbirlər görəcəyini bildiriblər.

Avropa Şurası İranın İsrailə hücumunu qəti və birmənalı şəkildə pisləyir və İsrail xalqı ilə tam həmrəyliyini, İsrailin təhlükəsizliyi və regional sabitliyə sadiqliyini bir daha təsdiqləyir, – yekunda belə qeyd olunub.

Avropa İttifaqının xarici işlər nazirləri aprelin 16-da keçirilən görüşdə İrana Rusiyaya hərbi yardımla bağlı və Yaxın Şərqdə baş verən son hadisələrlə bağlı sanksiyalar rejimini genişləndirmək barədə razılığa gəliblər.