Ən son xəbərlər:

18.04.2024/17: 12 / Avropa Parlamenti Gürcüstana xəbərdarlıq edib

Avropa Parlamenti Gürcüstana xəbərdarlıq edib

Avropa Parlamenti bəyan edib ki, Gürcüstanda birinci oxunuşda qəbul edilmiş xarici agentlər haqqında qanun müstəqil mediaya və vətəndaş cəmiyyətinə hücumdur və ölkənin Avro-Atlantik inteqrasiyasını təhdid edir.

Bunu Avropa Parlamentinin aparıcı üzvlərinin birgə bəyanatı təsdiq edir.

Qərbin və vətəndaş cəmiyyətinin bəyənməməsinə baxmayaraq, Gürcüstanın baş naziri İrakli Kobaxidze deyir ki, heç nə mübahisəli qanunun nəhayət qəbul edilməsinə mane ola bilməz.

Gürcüstan prezidenti Salome Zurabişvili mübahisəli qanuna veto qoyacağını deyib, lakin etiraf edib ki, çox güman ki, parlament onu ləğv edəcək.