Ən son xəbərlər:

02.04.2024/17:40// Fransa əhalisinin əksəriyyəti ölkədə təhlükəsizlik vəziyyətinin getdikcə pisləşdiyini bildirirlər

Fransa əhalisinin əksəriyyəti ölkədə təhlükəsizlik vəziyyətinin getdikcə pisləşdiyini bildirirlər

Fransızların böyük əksəriyyətinin (92%) fikrincə, Fransada təhlükəsizlik vəziyyəti getdikcə pisləşir. Bunu Le Figaro qəzetinin sifarişi ilə Fiducial/Odoxa sosioloqlarının araşdırmasının dərc olunmuş nəticələri sübut edir.

Ekspertlərin fikrincə, bu 92 faizin yarısından çoxu təhlükəsizlik vəziyyətinin “çox” pisləşdiyini düşünür. Qəzet yazır ki, eyni zamanda fransızların 60%-i evlərinin təhlükəsizliyini gücləndirmək qərarına gəlib. O cümlədən, ölkə sakinlərinin 33%-i giriş qapılarında kod olan mühafizə sistemləri quraşdırıb, 26%-i binalarını siqnalizasiya ilə təchiz edib, 24%-i videomüşahidə sistemləri quraşdırıb, 21%-i isə mühafizə itləri alıb. O da qeyd olunur ki, hər beşinci fransız (21%) özü ilə bibər qazı gəzdirir.