Ən son xəbərlər:

02.04.2024/17:33// Türkiyə beşinci nəsil döyüş təyyarələri istehsal edən ölkələrdən biri olmaq niyyətindədir

Türkiyə beşinci nəsil döyüş təyyarələri istehsal edən ölkələrdən biri olmaq niyyətindədir

“Milliyet” qəzeti yazır ki, özünün beşinci nəsil KAAN qırıcısını yaratmaq üçün uğurla inkişaf edən layihə Türkiyəni ABŞ-dan aldığı F-16-ların sayını azaltmağa məcbur edə bilər.

Nəşr xatırladır ki, Türkiyə Milli Müdafiə Nazirliyi 40 yeni F-16 Blok-70-nin alınması, eləcə də mövcud 79 F-16-nın modernləşdirilməsi ilə bağlı ABŞ-dan daxil olan təkliflər paketinin öyrənilməsini davam etdirir. Türkiyə qəzetinin məlumatına görə, nazirlik artıq KAAN layihəsi ilə bağlı F-16-ların alışının azaldıla biləcəyini bəyan edib.

Daha əvvəl bildirilmişdi ki, KAAN qırıcısı artıq ilk sınaq uçuşunu həyata keçirib.

“Anadolu” dövlət agentliyinin məlumatına görə, Türkiyə beşinci nəsil döyüş təyyarələri istehsal edən ölkələrdən biri olmaq niyyətindədir. İndi bu “klub”a Rusiya (Su-57 və Checkmate), ABŞ (F-22 və F-35) və Çin (J-20) daxildir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan artıq KAAN-ın 2028-ci ilin sonuna qədər hazır olacağını bəyan edib.