Ən son xəbərlər:

02.04.2024/17:10// Gürcüstan millisinin futbolçuları dünyanın ən dəyərli oyunçuları sırasında yer aldılar

Gürcüstan millisinin futbolçuları  dünyanın ən dəyərli oyunçuları sırasında  yer aldılar

Gürcüstan millisi tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Gürcüstan milli futbol komandasının oyunçularının transfer dəyəri 150 milyon avroya yüksəlib. Bu barədə Transfermarkt portalı məlumat verib.

Gürcüstan millisinin ən bahalı beş futbolçusu bunlardır: Xviça Kvaratsxeliya (“Napoli”) – 80 milyon avro, Giorgi Mamardaşvili (“Valensiya”) – 35 milyon avro, Giorgi Mikautadze (“Metz”) – 9 milyon avro, Otar Kiteişvili (“Şturm”) – 3 milyon avro, Saba Sazonov (Torino) – 3 milyon avro.

Siyahıda ən yüksək göstərici 1,47 milyardla İngiltərə komandasına, 1,21 milyardla Fransa komandası üçüncü, 1,06 milyardla Portuqaliya komandası isə üçüncü yerdədir.