Ən son xəbərlər:

02.04.2024/16:47// Əcnəbilərin Rusiya Federasiyasında müvəqqəti olma müddəti 90 günə qədər azaldılacaq

Əcnəbilərin Rusiya Federasiyasında müvəqqəti olma müddəti 90 günə qədər azaldılacaq

Rusiya Daxili İşlər Nazirliyi tərəfindən hazırlanmış miqrasiya siyasəti haqqında qanun layihəsi əcnəbilərin Rusiya Federasiyasına daxil olduqda biometrik identifikasiyasının tətbiqi üçün hüquqi əsasları müəyyən edir, həmçinin əcnəbilərin müvəqqəti olma müddətinin 90 günə qədər azaldılmasını nəzərdə tutur. Bu barədə idarənin rəsmi nümayəndəsi İrina Volk Telegram kanalında belə yazıb.

Əvvəllər əcnəbilər altı ay ərzində Rusiya Federasiyasında müvəqqəti olaraq 90 gün qala bilərdilər.

Volkun sözlərinə görə, müəyyən kateqoriyalı əcnəbilər üçün nəzarətli qalma rejimi tətbiq olunacaq. Həmçinin işəgötürənlərə, əcnəbi işçi qüvvəsini cəlb edən iş və ya xidmətlərin müştərilərinə nəzarət gücləndiriləcək, qanunsuz miqrantların hüquqlarına məhkəmədənkənar məhdudiyyətlər qoyulacaq.