Ən son xəbərlər:

01.04.2024/17:09// Ərdoğan gələcək NATO baş katibi ilə bağlı gözləntilərini açıqlayıb

Ərdoğan gələcək NATO baş katibi ilə bağlı gözləntilərini açıqlayıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO baş katibi postuna namizədliyini irəli sürən Niderlandın baş naziri vəzifəsini icra edən Mark Rutte ilə telefon danışığı aparıb.

Prezident ofisindən verilən məlumata görə, Ərdoğan Rutteyə bildirib ki, Ankaranın alyansın gələcək baş katibi ilə müəyyən gözləntiləri var.

Söhbət  zamanı Türkiyə ilə Hollandiya arasında ikitərəfli əlaqələr və NATO-nun yeni baş katibinin müəyyənləşdirilməsi prosesi müzakirə olunub. Ərdoğan bu vəzifəyə namizəd olan Rutteyə Türkiyənin yeni baş katiblə bağlı gözləntilərinin olduğunu bildirib, – ofisdən belə bildirilib.

Bu gözləntilər arasında Ərdoğan “terrorizm və digər çağırışlarla mübarizədə, alyansın birliyinin gücləndirilməsində, prioritetlərin müəyyən edilməsində NATO üzvlərinin təhlükəsizliyinə və maraqlarına ən yaxşı xidmətin göstərilməsini və yeni baş katibin NATO üçün inandırıcı öhdəlik götürəcəyini və NATO-nun əsas dəyərlərinə riayət edəcəyini qeyd edib.

Ərdoğan eyd edib ki, Aİ üzvü olmayan müttəfiqlərin maraqları nəzərə alınmalıdır. Bu prinsiplər işığında Türkiyə strateji mülahizələr və ədalət çərçivəsində bu məsələyə qərar verəcək, – ofisdən belə bildirilib.