Ən son xəbərlər:

01.04.2024/16:55// Ağ Evin hazırkı rəhbəri Trampı zarafatla qolf oynamağa dəvət edib

Ağ Evin hazırkı rəhbəri Trampı zarafatla qolf oynamağa dəvət edib

ABŞ prezidenti Co Bayden gələcək seçkilərdəki rəqibi Donald Trampı qolf oynamağa dəvət edib. Bayden bu barədə “Twitter” səhifəsində yazıb.

Ağ Evin hazırkı rəhbəri martın 28-də pul toplama tədbirində çəkilmiş videonu dərc edib. Aparıcı zarafatla qeyd edib ki, Bayden heç vaxt Trampın Palm-Biçdəki iqamətgahında keçirdiyi qolf çempionatında qalib olmayıb.

Cavabında Bayden deybi ki, o, Trampı ilk dəfə 2016-cı ildə qolf oynamağa dəvət edib. Donald, mənim qolf oynamaq təklifim hələ də qüvvədədir. Əgər öz çantanı daşısan, sənə üç vuruşla başla başlayacağam, – Bayden videonun altına belə yazıb.

Bayden bu yaxınlarda ABŞ-da keçiriləcək prezident seçkilərindən danışarkən Tramp haqqında zarafat edib.