Ən son xəbərlər:

01.04.2024/16:42// Arktikada yaxın vaxtlarda Rusiya ilə NATO arasında münaqişə baş verə bilər

Arktikada  yaxın vaxtlarda  Rusiya ilə NATO arasında münaqişə baş verə bilər

Tərəflər arasında gərginliyin yüksək dinamikası səbəbindən yaxın 2-3 ildə Arktikada Rusiya ilə NATO arasında münaqişə baş verə bilər. Bu fikri TASS-a açıqlamasında hərbi ekspert, Siyasi Elmlər Akademiyasının proqram direktoru, Rusiya Elmlər Akademiyasının Latın Amerikası İnstitutunun baş elmi işçisi Aleksandr Stepanov bildirib.

Bu münaqişənin başlanmasının mümkün vaxtından danışarkən, bütün sənədlərə, çatdırılma tarixlərinə, habelə NATO ölkələrinin və ABŞ-ın hərbi komandanlığının nümayəndələrinin açıqladığı bəyanatlara əsasən, bu, 2030-cu il və sonrakı illər üçün hesablanıb. Amma faktiki vəziyyəti, dinamikanın yüksək intensivliyini, münaqişənin eskalasiyasını, gərginliyi nəzərə alsaq, ehtimal etmək olar ki, bu, yaxın iki-üç ilin işidir, – ekspert belə bildirib.