Ən son xəbərlər:

01.04.2024/16:36// Ermənistan banklarının əksəriyyəti Rusiyanın “Mir” kartlarına xidmət göstərməyi dayandırıb

Ermənistan banklarının əksəriyyəti Rusiyanın “Mir” kartlarına xidmət göstərməyi dayandırıb

“Armenian Card” milli ödəniş sisteminin üzvü olan Ermənistan bankları ötən gecə Rusiyanın “Mir” kartlarına xidmət göstərməyi dayandırıb. Bu barədə məlumatı sistemin çağrı mərkəzində TASS müxbirinə təsdiqləyiblər.

Ötən gündən bizim sistemimizlə işləyən banklar “Mir” kartlarına xidmət göstərməyi dayandırıb. Lazım gələrsə, kartınızın qəbulunu dayandırmış konkret banklarla əlaqə saxlaya bilərsiniz, – “Armenian Card”  mərkəzinin operatoru belə bildirib.

Ermənistan banklarının “Mir” kartını qəbul etməyi dayandırması faktını ondan istifadə edən İrəvan sakinləri də təsdiqləyiblər.