Ən son xəbərlər:

01.04.2024/16:09// Səlcuq Bayraktar Ərdoğanın varisi ola bilər

Səlcuq Bayraktar Ərdoğanın varisi ola bilər

Türkiyənin “Bayraktar” pilotsuz uçuş aparatını (PUA) istehsal edən “Baykar” şirkətinin rəhbəri Səlcuq Bayraktar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlət başçısı postunda varisi ola bilər. Bu fikri Wall Street Journal-ın köşə yazarı Jared Malsin bildirib.

Hazırda Türkiyə liderinin kürəkəni olan Bayraktarın Türkiyədə çox məşhur olduğu və onun namizədliyini dəstəkləyəcək tərəfdarlarının olduğu qeyd edilir.

Ərdoğanın kürəkəni özü də keçən payızda The Wall Street Journal-a verdiyi müsahibədə  siyasətlə fəal məşğul olmadığını  və heç bir siyasi ambisiyasının olmadığını bildirsə də, Ərdoğan belə bir xahişlə ona müraciət edərsə prezidentliyə namizəd ola biləcəyini də istisna etməyib. Bayraktar bunun şəraitdən asılı olacağını deyib.