Ən son xəbərlər:

29.03.2024/17:15// Moskva Ermənistanı İttifaq dövlətinə qoşulmağa məcbur etməsi ilə bağlı yayılan xəbərləri təkzib edib

Moskva Ermənistanı İttifaq dövlətinə qoşulmağa məcbur etməsi ilə bağlı yayılan xəbərləri təkzib edib

Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Moskvanın Ermənistanı İttifaq dövlətinə qoşulmağa məcbur etməsi ilə bağlı yayılan xəbərləri təkzib edib. Kopırkin bildirib ki, Ermənistanın İttifaq dövlətinə qoşulması heç vaxt müzakirə olunmayıb.

Mən özüm də bu sualı verirəm, bu mövzu haradan yaranıb… Bir insan kimi, bir rus kimi, bir səfir kimi buna rəğbətim var, amma bilmirəm ki, bu sual nə vaxtsa bizim mövzumuz kimi gündəmə gəlib. Səfir bu barədə 24 News-a bildirib.

Fevralda Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, guya Ermənistanı Rusiya və Belarusun ittifaq dövlətinə qoşulmağa məcbur etməyə çalışırlar. Eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, ölkə İttifaq dövlətinə qoşulmaq təklifi almayıb.