Ən son xəbərlər:

29.03.2024/16:50//Avropa müharibə təhlükəsi dövrünü yaşayır

16:50//Avropa müharibə təhlükəsi dövrünü yaşayır

Polşanın baş naziri Donald Tusk, mübaliğəsiz, Avropanın indi müharibəöncəsi dövrdə olduğu fikrini ifadə edib.

İspaniyanın El País qəzetinə verdiyi müsahibədə bildirib ki, indi ən narahatedicisi odur ki, sözün əsl mənasında hər hansı bir ssenari mümkündür. 1945-ci ildən bəri belə bir vəziyyətlə rastlaşmamışıq. Bilirəm ki, bu, xüsusən də gənc nəslin insanları üçün üzücü səslənir, lakin biz yeni dövrə əqli cəhətdən öyrəşməliyik, – baş nazir belə deyib.

Tusk həmçinin bildirib ki, Avropa liderlərinin son görüşündə İspaniya hökumətinin başçısı Pedro Sançes bəyanatlarında müharibə sözünü istifadə etməyi dayandırmağı xahiş edib. O, insanların bu qədər təhlükə hiss etmək istəmədiyini söyləyib, bu, İspaniyada mücərrəd səslənir, – deyə Tusk bildirib.