Ən son xəbərlər:

29.03.2024/15:30// Ermənistanda Solovyovun təbliğat proqramlarının yayımı dayandırıldı

Ermənistanda Solovyovun təbliğat proqramlarının yayımı dayandırıldı

Ermənistanda Rusiya televiziyasının “Vladimir Solovyovla axşam” və “Vladimir Solovyovla bazar axşamı” adlı təbliğat proqramlarının yayımı dayandırılıb.

Bu barədə Ermənistanın yüksək texnoloji sənaye nazirinin müavini Avet Poqosyan “Facebook”da yazıb. Rəsmi şəxsin sözlərinə görə, Solovyovun təbliğat şoularının yayımı son vaxtlar qeydə alınan davamlı pozuntular səbəbindən bağlanıb.

Ermənistan Televiziya və Radio Verilişləri Şəbəkəsi QSC Ermənistan Respublikası Hökuməti və Rusiya Federasiyası Nazirlər Kabineti arasında kütləvi telekommunikasiya sahəsində əməkdaşlıq haqqında sazişin 5 və 6-cı maddələrinə əsasən, ER Televiziya və Radio Komissiyası tərəfindən son vaxtlar qeydə alınan daimi qanun pozuntuları faktı Ermənistan Respublikası ərazisində orijinal proqramların yayımına mane olub, – Poqosyan belə qeyd edib.