Ən son xəbərlər:

28.03.2024/18:05// Rusiya qazının Ukrayna ərazisindən tranzitinə dair müqavilənin uzadılmaması ehtimal olunur

Rusiya qazının Ukrayna ərazisindən tranzitinə dair müqavilənin uzadılmaması ehtimal olunur

Rusiya təbii qazının Ukrayna ərazisindən tranziti üzrə bu ilin sonunda başa çatan müqavilənin uzadılmaması ehtimal olunur. Bu barədə ABŞ dövlət katibinin enerji resursları üzrə köməkçisi Cefri Pyatt bildirib.

O, Türkiyənin rolunu müzakirə edən xarici jurnalistlər üçün brifinqdə bildirib ki, bu ilin sonunda Rusiya qazının Ukrayna ərazisindən tranziti müqaviləsinin müddəti başa çatacağını gözlədiyimiz kontekstdə Avropada enerji təchizatı xüsusilə əhəmiyyətli olacaq.