Ən son xəbərlər:

27.03.2024/18:08// Argentinada 70 minə yaxın dövlət qulluqçusu işdən çıxarılacaq

Argentinada 70 minə yaxın dövlət qulluqçusu işdən çıxarılacaq

Argentina hakimiyyəti yaxın gələcəkdə 70 minə yaxın dövlət işçisini işdən çıxarmağı planlaşdırır. Bu sözləri Argentina prezidenti Xavyer Mayli Latın Amerikası İqtisadçıları Forumunun bağlanışında deyib.

50 min dövlət işçisini işdən çıxardıq, onların müqavilələrinə xitam verildi. Nəzərə alın ki, hazırda müqavilələrin sayı azaldılır və 70 min müqavilə ləğv ediləcək, – La Politica Online portalı Maylinin sözlərini sitat gətirir.

Portalın məlumatına görə, hökumət martın 31-də başa çatan on minlərlə lazımsız müqaviləyə xitam vermək niyyətindədir.