Ən son xəbərlər:

26.03.2024/17:27// Gürcüstan ailə dəyərlərinin təminatlarını konstitusiyaya daxil edəcək

Gürcüstan ailə dəyərlərinin təminatlarını konstitusiyaya daxil edəcək

Gürcüstanda hakim “Gürcü Arzusu” partiyası ailə dəyərlərinə dair konstitusiya dəyişikliklərinə başlamaq niyyətini açıqlayıb. “Qruziya Onlayn” xəbər verir ki,  Parlament çoxluğunun lideri Mamuka Mdinaradze partiya ofisində keçirdiyi mətbuat konfransında bu barədə bildirib.

Partiya liderinin sözlərinə görə, partiyanın vəzifəsi hansı qeyri-ənənəvi və ya başqa həyat tərzinə riayət etməsindən asılı olmayaraq, istənilən şəxsin konstitusion hüquq və azadlıqlarını qorumaqdır.

Digər tərəfdən, bizim ailə dəyərlərini və gələcək nəsillərimizi psevdoliberal təbliğatın gözlənilən düzəlməz nəticələrindən qorumaq da çox vacibdir, – Mdinaradze belə bildirib. O, əlavə edib ki, bu səbəbdən partiya “ailə dəyərlərinin təminatlarını və yetkinlik yaşına çatmayanların müdafiəsini açıq şəkildə ifadə edəcək” konstitusiya dəyişikliklərinə təşəbbüs göstərəcək.

Bundan sonra “Gürcü arzusu” qanunlarda müvafiq və daha konkret dəyişikliklərə başlayacaq.