Ən son xəbərlər:

25.03.2024/20:43// Türkiyə Rosatom ilə əməkdaşlığı genişləndirmək istəyir

Türkiyə Rosatom ilə əməkdaşlığı genişləndirmək istəyir

Türkiyə Sinop atom elektrik stansiyasının tikintisi layihəsi də daxil olmaqla, Rosatom ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

Bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar Atomexpo-2024 forumunun plenar iclasında çıxışı zamanı deyib.

Biz Rosatomun Sinop layihəsi ilə əməkdaşlığımızı genişləndirmək istəyirik. Nazirin sözlərinə görə, hazırda Akkuyu AES-də dörd reaktor tikilir. 2035-ci ilə qədər biz 7,2 GVt gücə çatacaq, 2050-ci ilə qədər isə bu gücü 20 GVt-a çatdırmağı planlaşdırırıq, deyən Bayraktar Sinopda daha dörd reaktor tikmək lazım olduğunu bildırib.