Ən son xəbərlər:

15.03.2024/16:33//Qazaxıstan ənənəvi ailə dəyərlərini inkişaf etdirəcək

Qazaxıstan ənənəvi ailə dəyərlərini inkişaf etdirəcək

Qazaxıstan Qərbin və digər cərəyanların təsiri altında ona yad olan dəyərləri təbliğ edənlərin ardınca getməyəcək və ardıcıl olaraq ənənəvi ailə dəyərlərini inkişaf etdirəcək. Bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev milli qurultayda çıxışı zamanı deyib.

Biz Qərbin və digər cərəyanların təsiri altında mədəniyyətimizə yad olan, üstəlik, dünyanın dualistik əsasına zidd olan dəyərləri təbliğ edənlərin ardınca gedə bilmərik və getməyəcəyik. Gənc nəslin mənəvi sağlamlığı bizim üçün daha dəyərlidir. Bu məsələdə bizim mövqeyimizə siyasi vəziyyət və ya dünyadakı yeni cərəyanlar təsir etməyəcək. Biz ənənəvi ailə dəyərlərini möhkəm və ardıcıl şəkildə inkişaf etdirməliyik, – Qazaxıstan lideri belə bildirib.