Ən son xəbərlər:

07.03.2024/18:33/Firdovsi Alı oğlu Məmmədov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının üzvü seçilib

Firdovsi Alı oğlu Məmmədov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının üzvü seçilib

Cəmiyyətə, insanlara gərəkli olduğunu anlayan, görüşdüyü insanlara xoş ovqat, öz qəlbinə rahatlıq, asudəlik bəxş edənlər, doğrudan da, xöşbəxt insanlardır. Geyindikləri ağ xalatın işığıyla insanlara şəfqət aşılayan peşə sahiblərinə ulu Tanrı xoşbəxtlik qisməti verib – yaratdıqlarının içərisində ən ali varlıq olan insanın sağlamlığını, həyatını həkimlərə etibar edib.

Öz sənətinin vurğunu və kamıl bilicisi, peşəkar həkim Firdovsi Мəmmədov da geyindiyi bəyaz xalatın işığı ilə neçə-neçə taleləгə işıq salan, şəfalı əlləri ilə xəstələrin məhəbbətini, hör mətini qazanan mütəxəssislərdəndir.

 İnsanm seçdiyi sənət onun tale yolunun işığıdır, rəngidir deyirlər. Firdovsi Məmmədov Gəncə ictimaiyyəti arasında həkimlik sənəti, ziyzlılığı və  tutduğu mövqeyi ilə fərqlənən, seçdiyi sənətə vicdanla yanaşan, atdığı hər addımı ilə seçilən, geyindıyı bəyaz xalatın ışıgını neçə-neçə taleləгə bəxş edən, şəfalı əlləri ilə xəstələrın məhəbbətini, hörmətini qazanan mütəxəssislərdəndir.

Firdovsi Мəшmədov 1977-ci ildə Azərbaycan Dövlət Tibb Institutunun müalicə-profilaktika fakültəsini bitirərək həkim ki­mi əmək fəaliyyətinə başlayıb. 1990-cı ildən Gəncə Diaq­nostika Mərkəzində nevropatoloq- həkim kimi çalışıb. Işlədiyi müddətdə saysız-hesabsız xəstələrə şəfa verib. Alicənablığı, xəstələrə xoş rəftarı, güləbrüzlüyü onun müalicə etdiyi xəstələrə iynə-dərmanlardan qabaq öz müsbət təsirini göstərib.

Bəli, Firdovsi həkim həkimlik andına, insanlıq deyilən böyük məntiqə güvənərək, hər insana qayğı və şəfqətlə yanaşır, gülərüzlə tövsiyə etdiyi acı dərmanları da şirinləşdirir.

Ulu Nizami yurdunda – Gəncə şəhərində və ümumiyyətlə, qərb bölgəsində  Firdovsi həkim böyük hörmət və nüfuz sahibidir.

Duyğulu, kövrək qəlbli insan olan Firdovsi Məmmədov çox zaman ürək çırpıntılarını, öz sehirli qələmi ilə insanlara bəxş edir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, gözəlliyi, saflığı, insanlığı, mənəvi təmizliyi nəzmə çəkən şair qəlbli Firdovsi həkim 4 kitab müəllifidir. Hazırda o 5-ci kitabının nəşri üzərində işləyir.

Daim insan sağlamlığımn keşiyində duran, asudə vaxtında isə qələmini yerə qoymayan, xəstələrini şirin sözlərlə dlndirən şair Firdovsi həkim  ahıllıq dövrünü  yaşayır.

Öz xeyirxahlığınla, aydın, iti təfəkkürünlə, əməlinlə, xoş rəftarınla ürəklərə işıq salmaq, hamıya gərəkli olmaq böyük səadətdir.

Aərbaycan xalqının ən qədim və müqəddəs bayramlarında biri olan Növruz Bayramı ərəfəsində Qədim Gəncə elinə xoş bir müjdə gəlib.

Firdovsi Alı oğlu Məmmədov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının üzvü seçilib və sözügedən qurumun”Fəxri Professor Diplomu” eləcə də “Beynəlxalq qızıl ulduz” medalı ilə təltif olunub.

Həmyerlimiz bu mükafata Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası  üzvlərinin qərarı ilə  Türk Dünyası Təbabətinə və Türkiyə – Azərbaycan  arasındakı dostluq, qardaşlıq münasibətlərinin güclənməsinə verdiyi töhfələrə görə layiq görülüb.

Bu münasibətlə  “Kür İnformasiya Agentliyi”nin yaradıcı kollektivi adından ömrünün 70-ci baharına qədəm qoyan, dain axtarışda olan, həyatın gözəlliyindən zövq almağı bacaran, xəstələrinin şəfa tapması ilə sevinən,  nəğmə dolu şeirləri ilə ürəklərə yol açan Firdovsi həkimə uzun ömür və can sağlığı, işlərində daha böyük nailiyyətlər qazanmağı arzulayırıq.