Ən son xəbərlər:

04.0.2024/10:57/Rusiya və Ukrayna üçün suverenlik mövzusunu atəşkəs mövzusundan ayırmağın vaxtı çatıb

Rusiya və Ukrayna  üçün suverenlik mövzusunu atəşkəs mövzusundan ayırmağın vaxtı çatıb

Rusiya və Ukrayna nəticə əldə etmək üçün hərbi imkanlarının həddinə çatıb və indi dinc dialoq lazımdır. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatik Forumunun bağlanışında deyib.

Nazir bildirib ki, biz hesab edirik ki, indi atəşkəs istiqamətində dialoq aparmağın vaxtı çatıb.

Fidan əlavə edib ki, Türkiyə tərəfdən işğal olunmuş ərazilərin tanınmasından danışmırıq, amma indiki mərhələdə Türkiyə əmindir ki, bu məsələni və suverenlik mövzusunu atəşkəs mövzusundan ayırmağın vaxtı çatıb.