Ən son xəbərlər:

28.02.2024/17:29/Çin Rusiya-Ukrayna müharibəsinin nizamlanması üzrə danışıqlar aparmaq üçün Ukrayna, Rusiya və Aİ ölkələrinə elçi göndərir

Çin Rusiya-Ukrayna müharibəsinin nizamlanması üzrə danışıqlar aparmaq üçün Ukrayna, Rusiya və Aİ ölkələrinə elçi göndərir

Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui Rusiya-Ukrayna müharibəsinin nizamlanması üzrə danışıqlar aparmaq üçün Ukrayna, Rusiya, bir sıra Aİ ölkələrinə və Brüsselə səfər edəcək.

Bu barədə Çinin Sinxua agentliyi Çin Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, səfər Ukrayna böhranının siyasi həllini tapmaq üçün məkik diplomatiyasının ikinci raundu olacaq.

Çinin xüsusi nümayəndəsi Ukrayna, Rusiya və Belçikadan başqa Fransa, Almaniya və Polşaya da səfər edəcək. Səfərlər martın 2-də başlayacaq.