Ən son xəbərlər:

28.02.2024/17:19/2024-cü ilin ilk aylarında Türkiyəyə ixracat həcminə görə Rusiya birinci olub

2024-cü ilin ilk aylarında Türkiyəyə ixracat həcminə görə Rusiya birinci olub

Bu ilin yanvar ayında Türkiyə Rusiyadan 4,32 milyard dollar dəyərində mal idxal edib.Türkiyə Statistika İnstitutunun məlumatına görə, ilin ilk ayından ölkəyə ixracın ən böyük həcminə görə Rusiya Federasiyası birinci yeri tutub.

Rusiyadan sonra Çin (2,89 milyard dollar), Almaniya (1,91 milyard dollar), ABŞ (1,4 milyard dollar) və İtaliya (1,18 milyard dollar) gəlir. Eyni zamanda, ilk beşlik bütün idxal həcminin 44,7%-ni təmin edib. İdxal olunan mal və xidmətlərin ümumi həcmində Rusiyanın payı 16,5% təşkil edir.

Türkiyə ixracatında Almaniya liderlik edir (1,76 milyard dollar). Ondan sonra ABŞ (1,22 milyard dollar), İraq (1,97 milyard dollar), Böyük Britaniya (1,22 milyard dollar) və İtaliya (0,99 milyard dollar) gəlir.