Ən son xəbərlər:

28.02.2024/17:09/Baydenin dondurulmuş Rusiya aktivlərini ələ keçirmək üçün yeni səlahiyyətlərə ehtiyacı var

Baydenin dondurulmuş Rusiya aktivlərini ələ keçirmək üçün yeni səlahiyyətlərə ehtiyacı var

ABŞ prezidenti Co Baydenin Konqresdən Rusiyanın dondurulmuş aktivlərinin ələ keçirilməsinə imkan verəcək yeni səlahiyyətlərə ehtiyacı var, müsadirə Qərb tərəfindən kollektiv şəkildə həyata keçiriləcək. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

O, Rusiya aktivlərinin ələ keçirilməsi ilə bağlı sualları cavablandırarkən iddia edib ki, ilk növbədə Vaşinqton administrasiyası “prezidentin bu istiqamətdə hərəkət edə bilməsi üçün Konqresdən əlavə qanunvericilik səlahiyyətlərinə ehtiyac duyur.