Ən son xəbərlər:

28.02.2024/17:03/Rusiya raket daşıyıcısı vasitəsilə İran peyki orbitə buraxılacaq

Rusiya raket daşıyıcısı vasitəsilə İran peyki orbitə buraxılacaq

İranın “Pars-1” peyki fevralın 29-da Rusiya raket daşıyıcısı vasitəsilə orbitə  çıxarılacaq. Bu barədə İranın informasiya və kommunikasiya texnologiyaları naziri İsa Zarepur məlumat verib.

Sabah 100% İran istehsalı olan və yerli şirkətlər tərəfindən inşa edilən “Pars-1” fotoqrafiya peyki Rusiyanın raket daşıyıcısı vasitəsilə orbitə çıxarılacaq, – Tasnim agentliyi onun sözlərini sitat gətirib.