Ən son xəbərlər:

27.02.2024/17:50/NATO-nun Ukraynaya qoşun yeritmək planı yoxdur

NATO-nun Ukraynaya qoşun yeritmək planı yoxdur

Bu mövqeyin dəyişməzliyini Alyansın baş katibi Yens Stoltenberq Amerika Associated Press agentliyinə müsahibəsində təsdiqləyib.

NATO müttəfiqləri Ukraynaya görünməmiş dəstək verir. Biz bunu 2014-cü ildən edirik və tam miqyaslı əməliyyat başlayandan bəri dəstəkləri artırmışıq. Lakin bizim NATO ölkələrinin silahlı qüvvələrini Ukraynaya göndərmək planımız yoxdur, – Stoltenberq  belə bildirib.