Ən son xəbərlər:

27.02.2024/17:07/Macarıstan Konstitusiya Məhkəməsinin sədri ölkə prezidenti seçildi

Macarıstan Konstitusiya Məhkəməsinin sədri ölkə prezidenti seçildi

Macarıstan Konstitusiya Məhkəməsinin sədri Tamaş Szuyok parlamentarilər tərəfindən ölkə prezidenti vəzifəsinə seçilib. “İnterfaks” xəbər verir ki, bu barədə bazar ertəsi hökumət nümayəndəsi Zoltan Kovaç məlumat verib.

Şuyok hakim Fides partiyasının və onun koalisiya ortağı Xristian Demokrat Xalq Partiyasının namizədi olub.

Bazar ertəsi səhər saatlarında Macarıstan parlamenti prezident Katalin Novakın istefasını yekdilliklə qəbul edib. Fevralın 10-da Novak uşaq cinsi istismarı ilə bağlı cinayət işi üzrə məhkum olunmuş kişini əfv etmək qərarına ictimai qəzəb fonunda istefa verdiyini açıqlayıb.