Ən son xəbərlər:

22.02.2024/19:16/Qərb ekspertləri Rusiya aktivlərinin müsadirə edilməsinin qanuniliyi ilə bağlı bəyanat yayıb

Qərb ekspertləri Rusiya aktivlərinin müsadirə edilməsinin qanuniliyi ilə bağlı bəyanat yayıb

Qərb hüquqşünaslarından ibarət bir qrup Rusiya aktivlərinin müsadirə edilməsinin qanuniliyi ilə bağlı bəyanat yayıb. Onların əsaslandırmaları çərşənbə günü Bloomberg tərəfindən dərc edilən məktubda öz əksini tapıb.

Belçika, Böyük Britaniya, Almaniya, Hollandiya, ABŞ, Fransa və Yaponiyadan on ekspert bu məktubu imzalayaraq G7 ölkələrinə göndərib. “Biz belə nəticəyə gəldik ki, beynəlxalq hüquqa uyğun olaraq, Rusiya dövlətinin aktivlərini dondurmuş dövlətlərin Rusiya Federasiyasına qarşı əlavə tədbirlər görməsi qanuni olardı, – məktubda  belə deyilir.

Ekspertlər maraqlı dövlətlərin hazırda öz yurisdiksiyasında olan Rusiya dövlətinin aktivlərini köçürəcəkləri beynəlxalq mexanizmi təşkil etməyi tövsiyə edirlər. Onlar iddia edirlər ki, bu beynəlxalq mexanizm müsadirə edilmiş aktivləri əlavə zərərin effektiv və səmərəli şəkildə azaldılması və Ukraynanın bərpasına kömək etmək üçün proqramları dəstəkləmək üçün ayıra bilər.