Ən son xəbərlər:

20.02.2024/17:00/Macarıstana görə Avropa İttifaqı yanlış qərar qəbul edir

Macarıstana görə Avropa İttifaqı yanlış qərar qəbul edir

Macarıstan Aİ-nin Rusiyaya qarşı 13-cü sanksiyalar paketini yanlış hesab etsə də, veto oymayacak. Bunu Brüsseldə Avropa İttifaqı ölkələrindən olan həmkarları ilə görüşdə iştirak edən Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

13-cü sanksiyalar paketinin hazırlanması mərhələsində Macarıstanın iqtisadi maraqlarına zidd olan bütün elementləri ondan çıxarmaq mümkün idi. Ona görə də hesab edirik ki, bu baxımdan vetodan istifadə etmək mənasız olardı. Eyni zamanda hesab edirəm ki, Avropa İttifaqı yanlış qərar qəbul edir, – XİN rəhbəri Brüsseldə M1 TV-nin yayımladığı macar jurnalistlərlə görüşündə belə bildirib.