Ən son xəbərlər:

13.02.2024/17:05/ Finlandiyada TikTok-dan istifadə qadağan edildi

Finlandiyada TikTok-dan istifadə qadağan edildi

xeberaz.info  xarici KİV-lərə istinadən verir ki, Finlandiya Parlamentinin İT departamenti təhlükəsizliklə əlaqədar olaraq parlament cihazlarında TikTok tətbiqindən istifadəni qadağan edib.

Bu barədə ötən gün Finlandiya parlamentinin mətbuat xidməti məlumat yayıb.

Hesabatda deyilir ki, risklərin qiymətləndirilməsinin nəzərdən keçirilməsindən sonra fevralın sonuna qədər TikTok-un Finlandiya parlamentinin cihazlarından çıxarılmasına dair sərəncam verilib.

Mart ayından etibarən TikTok-un quraşdırılması texniki olaraq bloklanacaq, – o əlavə edib.

Finlandiya parlamenti bu addımın səbəbini açıqlamayıb, lakin keçən ay Finlandiya Təhlükəsizlik Polisi (SUPO) TikTok istifadəçi məlumatlarının Çin təhlükəsizlik orqanlarına sızdırıla biləcəyi barədə xəbərdarlıq edib.

Keçən il bir sıra Avropa ölkələri təhlükəsizlik riskləri səbəbindən dövlət qulluqçuları, hərbçilər və hüquq-mühafizə orqanlarının əməkdaşları üçün TikTok-dan istifadəni məhdudlaşdırmağa başlayıb.