Ən son xəbərlər:

09.01.2024/ 10:32/ Məşhur alman futbolçusu Frans Bekkenbauer dünyasını dəyişdi

Məşhur alman futbolçusu Frans Bekkenbauer dünyasını dəyişdi.

xeberaz.info xəbər verir ki, Almaniyanın sabiq futbolçusu Frans Bekkenbauer 78 yaşında vəfat edib. Bu barədə DPA agentliyi idmançının ailəsinə istinadən məlumat yayıb.

Bekkenbauer Almaniya millisinin üzvü kimi 1972-ci ildə Avropa, 1974-cü ildə isə dünya  çempionu olub.  Klub səviyyəsində o, 1964-1977-ci illərdə Bayern Munich-də 400-dən çox oyun keçirib.