Ən son xəbərlər:

11.12.2023/06:33/ BOK rusiyalıların Parisdə keçiriləcək Olimpiadaya buraxılması üçün şərtləri açıqlayıb

BOK rusiyalıların Parisdə keçiriləcək Olimpiadaya buraxılması üçün şərtləri açıqlayıb.

xeberaz.info xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) Paris Olimpiadasında hər hansı rus simvolundan istifadə edəcəyi halda, Rusiya və Belarus komandalarının komanda yarışlarında iştirakına icazə verməyəcək. Bu barədə BOK-un mətbuat xidməti məlumat yayıb.

Olimpiadaya vəsiqə qazanmaq istəyən Rusiya və Belarus idmançıları yenilənmiş Olimpiya Xartiyasına, o cümlədən “Olimpiya hərəkatının dinc missiyasına” hörmətlə yanaşan bənd imzalamalı olacaqlar. Oyunlara vəsiqə qazanan Rusiya və Belarus idmançıları AİNS abbreviaturası altında neytral idmançılar elan olunacaqlar.

Ukraynada hərbi əməliyyatlara fəal dəstək verən idmançılar Parisdə keçiriləcək Oyunlara buraxılmayacaq. Həmçinin, hərbi və ya milli təhlükəsizlik orqanları ilə müqaviləsi olan idmançılar və məşqçilər Olimpiadaya buraxılmayacaq. Həmçinin, Paris Olimpiadasında rəsmi yerlərdə və rəsmi tədbirlərdə Rusiya və Belarusun hər hansı simvollarının nümayişi qadağan olunacaq.