Ən son xəbərlər:

11.12.2023/06:09/ Azərbaycanla sülh münasibətləri Ermənistan üçün ən yaxşı variantdır

Azərbaycanla sülh münasibətləri Ermənistan üçün ən yaxşı variantdır.

xeberaz.info xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın Ermənistana hərbi dəstək vermək niyyətini təxribat adlandırıb.

Fransanın etdikləri təxribatdır. Bilməlidir ki, o, Ermənistana xidmət göstərmir, əksinə, bunun əksini edir. Əvvəllər Fransa Ermənistana çox böyük dəstək verirdi. Nə nəticə əldə etdilər? Nəticə yoxdur”, – deyə Ərdoğan Yunanıstandan rəsmi səfərdən qayıdarkən jurnalistlərə bildirib. Ərdoğanın açıqlamalarını Anadolu agentliyi xəbər verir.

O, Fransanın Dağlıq Qarabağ üzrə Minsk qrupunun bir hissəsi olduğunu xatırladıb. Qrupun işindən] heç bir nəticə yoxdur və belə bir vəziyyətdə Ermənistanda yenidən təxribat törədir. Zirehli transportyorların göndərilməsindən heç bir nəticə olmayacaq. Çünki indi öz ərazisində işğala son qoyan Azərbaycan var. Dağlıq Qarabağdakı münaqişənin nəticəsi göz qabağındadır. Ermənistan rəhbərliyi yaxın keçmişdən dərs almalı və bu təxribatlara yol verməməlidir. Sülh fürsətindən istifadə edib Ermənistanı çaşdıran ölkələrin toruna düşməmək Ermənistanın maraqlarına uyğundur. Azərbaycanla sülh münasibətləri Ermənistan üçün ən yaxşı variantdır. Ermənistanın əlinə silah verənlər buna pis xidmət edirlər, – Türkiyə prezidenti belə vurğulayıb.