Ən son xəbərlər:

08.12.2023/09:29/ Tbilisidə Avropayönlü böyük yürüş hazırlanır

08.12.2023/09:29/ Tbilisidə Avropayönlü böyük yürüş hazırlanır.

xeberaz.info xəbər verir ki, Dekabrın 9-da Tbilisidə ölkə prezidenti Salome Zurabişvilinin də iştirak etmək niyyətində olduğu Avropayönlü yürüşün keçirilməsi planlaşdırılır. Bu barədə “Echo of Caucasus” məlumat yayıb.

Aksiyanın məqsədi Gürcüstan vətəndaşlarının Avropaya olan istəklərini nümayiş etdirməkdir. Prezident Salome Zurabişvili yürüşə qatılmağı planlaşdırdığını bildirib.

Məlum olduğu kimi, Aİ liderlərinin dekabrın 14-15-də keçiriləcək sammitində Gürcüstana namizəd statusunun verilməsi müzakirə olunacaq.